Novruz ərəfəsində “166 Yükdaşıma və Logistika” şirkəti qazi əməkdaşları ilə görüş keçirdi
18
Mart
Novruz ərəfəsində “166 Yükdaşıma və Logistika” şirkəti qazi əməkdaşları ilə görüş keçirdi
Bayram ərəfəsində 166 Yükdaşıma və Logistika şirkətinin rəhbərliyi müharibədə iştirak edən şirkət əməkdaşları ilə görüş keçirilib. Tədbirin əvvəlində şirkət əməkdaşı Şəhid Murad Məmmədovun timsalında bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Eyni zamanda, müharibədə iştirak etmiş əməkdaşlara göstərdikləri şücaətə görə kollektiv adından bir daha təşəkkür və minnətdarlıq bildirilib.
Sonra şirkətin direktoru Aqil Zeynalov öz çıxışında qeyd etdi: “166 komandası olaraq var gücümüzü səfərbər edib dövlətimizin, Ali Baş Komandanımızın yanında olduq. Müzəffər ordumuz bu mübarizədə qələbə qazanaraq, düşmən işğalında olan torpaqlarımızı azad etdi. Biz fəxr edirik ki, bütün əməkdaşlarımızla çiyin-çiyinə olaraq onlara dəstəyimizi göstərə bildik”.
Onu da qeyd edək ki, 166 Yükdaşıma və Logistika şirkəti müharibənin ilk günlərindən Azərbaycan Ordusunun yanında olaraq əlindən gələn dəstəyi göstərib. Döyüşlərin ilk günlərindən şirkət əməkdaşları ön və arxa cəbhədə qəhrəmancasına torpaqlarımızın azad olunması uğrunda mübarizə aparıb.
Şirkət Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif layihə və tədbirlər həyata keçirib.
Oxşar xəbərlər
15 Dekabr 2020
“Qarabağa Doğru” layihəsi çərçivəsində cəbhəyə 1000 tondan artıq yük daşındı
23 Oktyabr 2020
Azərbaycanın iki böyük şirkəti ordumuza dəstək üçün birləşdi
08 Noyabr 2024
“166 Yükdaşıma” Zəfər Gününü 150 qazi əməkdaşıyla qeyd etdi
11 Oktyabr 2024
Mələkxanım Əyyubova şəhid övladları ilə bir araya gəldi
10 May 2023