Şəhid övladlarını belə sevindirdilər
10
May
Şəhid övladlarını belə sevindirdilər
Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq Azərbaycanda bu il bir çox tədbirlər, layihələr, aksiyalar reallaşıb. Sözügedən təqdirəlayiq addımlardan birini isə 166 Yükdaşıma və Logistika şirkəti atıb.
“Qafqazinfo” xəbər verir ki, şəhid övladlarına və ailələrinə diqqəti özünə borc bilən şirkət rəhbər şəxslərin və əməkdaşlarının nəzarəti ilə şəhid övladları ilə birgə Qəbələ şəhərinə yola düşüb.
Yolboyu vətənpərvər ifalarla, intellektual oyunlar və xoş söhbətlərlə yol gedən uşaqların səhər yeməyi üçün ilk dayanacağı tarixi Şamaxı şəhəri olub.
Onların növbəti dayanacağı isə valehedici təbiəti ilə seçilən Qəbələ şəhəri olub. Uşaqlar “Qəbələnd” əyləncə mərkəzində asudə vaxtlarını təhlükəsiz şəkildə əyləncəli keçirərək şəkillər çəkdirib.
Buradan sonra isə şirkət əməkdaşları onlar üçün Nohurgölə səyahət təşkil edib.
Səyahətin sonunda isə uşaqlar Bakı şəhərinə təhlükəsiz və gülərüz şəkildə yola düşüb, valideynlərinə təhvil verilib.
Xatırladaq ki, 166 Yükdaşıma və Logistika şirkəti bundan öncə Novruz bayramı münasibətilə də şəhid ailələrinə ziyarət etmiş, onlarla bayramlaşmışdı.
Oxşar xəbərlər
23 Oktyabr 2020
Azərbaycanın iki böyük şirkəti ordumuza dəstək üçün birləşdi
08 Noyabr 2024
“166 Yükdaşıma” Zəfər Gününü 150 qazi əməkdaşıyla qeyd etdi
11 Oktyabr 2024
Mələkxanım Əyyubova şəhid övladları ilə bir araya gəldi
01 Iyun 2021
166 şirkətinin alpinistləri uşaqların qəhrəmanı oldu
26 Iyun 2023