Mələkxanım Əyyubova şəhid övladları ilə bir araya gəldi
11
Oktyabr
Mələkxanım Əyyubova şəhid övladları ilə bir araya gəldi
“166 Yükdaşıma və Logistika” şirkəti hər ay olduğu kimi, bu ay da 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin ailələrini və qazilərini diqqətdə saxlamağa davam edir. Şirkət bu dəfə 20-dən çox şəhid ailəsi və övladı ilə bir araya gəlib.
“Qafqazinfo” xəbər verir ki, onlar öncəliklə şirkətin müxtəlif sahələri ilə uşaqları tanış edərək, gələcəkdə seçəcəkləri peşələri yaxından tanıtdırıblar.
Daha sonra isə sevilən xanəndə, Xalq artisti Mələkxanım Əyyubova şəhid övladları ilə bir araya gəlib, onlarla birgə mahnı oxuyub, rəqs edib, oyunlar oynayıb. Keçirilən görüşdə xatirə fotosu da çəkilib. Xalq artisti və şirkət rəhbərliyi balacalara hədiyyələr təqdim edib.
Oxşar xəbərlər
15 Dekabr 2020
“Qarabağa Doğru” layihəsi çərçivəsində cəbhəyə 1000 tondan artıq yük daşındı
23 Oktyabr 2020
Azərbaycanın iki böyük şirkəti ordumuza dəstək üçün birləşdi
08 Noyabr 2024
“166 Yükdaşıma” Zəfər Gününü 150 qazi əməkdaşıyla qeyd etdi
10 May 2023
Şəhid övladlarını belə sevindirdilər
01 Iyun 2021