“166 Yükdaşıma” Zəfər Gününü 150 qazi əməkdaşıyla qeyd etdi
08
Noyabr
“166 Yükdaşıma” Zəfər Gününü 150 qazi əməkdaşıyla qeyd etdi
44 günlük şanlı vətən müharibəsinin 4-cü ildönümü ölkə səviyyəsində təmtəraqlı şəkildə qeyd edilir. Torpaqlarımızın işğaldan azad olunduğu bu günləri isə, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ətrafında birləşən Azərbaycan ordusuna, canından keçən şəhid və qazilərimizə borcluyuq.
“Qafqazinfo” xəbər verir ki, müharibə başlayan ilk gündən etibarən bütün ölkə ən ali məqsəd üçün birləşmişdi. O günlərdə “166 Yükdaşıma və Logistika” şirkəti və “156 Evakuasiya” şirkəti də həmin məqsəd uğrunda dayanmadan çalışırdı. Müharibənin ilk günlərindən şirkət əməkdaşları könüllü olaraq cəbhəyə yollanarkən, şirkət də Füzuli, Beyləqan və Şəmkir istiqamətində təkər daşınmaları həyata keçirirdi. Həmçinin işğaldan azad olunan ərazilərə hərbi texnikaların daşınmasında da 166 Yükdaşıma və Logistika şirkəti öz fəallığı ilə seçilirdi. Bu layihələr çərçivəsində şirkət müntəzəm olaraq qida, geyim və s. məhsulların əsgərlərimizə göndərilməsini , həmçinin vətəndaşların yardımlarının anbarlarda toplanıb, həftənin 1,3,5-ci günlərində cəbhəyə təmənnasız şəkildə çatdırılmasını həyata keçirib. Şirkət ötən illərdə olduğu kimi bu gün də Qarabağa “Böyük Qayıdış”a öz dəstəyini göstərir. İşğaldan azad olunan ərazilərə buranın doğma insanlarının köçündə iştirak edir.
Ən vacib məqamlardan biri isə sözügedən şirkətin bu gün 150 qazi və müharibə iştirakçısı olan əməkdaşı var. Sıralarında tarix yazan qəhrəmanların olduğu şirkət 8 Noyabr Zəfər gününə bu dəfə də özəl yanaşmasıyla seçilib. Onlar üçün şəhərin mərkəzində yerləşən məşhur hotellərdən birində Zəfər bayramı tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayaraq, şəhidlərə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla davam edib. Milli rəqs nömrəsindən sonra şirkətin Vətən müharibəsində gördüyü işlərdən bəhs edən videoçarx nümayiş etdirilib.
Kiçik fasilədən sonra isə “Şuşanın dağları” ifası ilə tədbir davam edib. Bundan sonra isə şirkətin 10 qazi əməkdaşının iştirakı ilə hazırlanan “İçimizdəki qəhrəmanlar” filminin nümayişi keçirilib. Sonda şirkət rəhbərliyi qazilərin və müharibə iştirakçılarının olduğu şirkətdə çalışmağın qürurundan bəhs edərək, onlara təşəkkürünü ifadə edib, hədiyyələrini və sertifikatlarını təqdim edib. Sözügedən tədbir gənc müğənni Mərdan Kazımovun “Azərbaycanım” mahnısıyla yekunlaşıb.
Oxşar xəbərlər
15 Dekabr 2020
“Qarabağa Doğru” layihəsi çərçivəsində cəbhəyə 1000 tondan artıq yük daşındı
23 Oktyabr 2020
Azərbaycanın iki böyük şirkəti ordumuza dəstək üçün birləşdi
11 Oktyabr 2024
Mələkxanım Əyyubova şəhid övladları ilə bir araya gəldi
10 May 2023
Şəhid övladlarını belə sevindirdilər
26 Iyun 2023