Logo

Qiymət təklifi al

ic_sharp-language
Search

166 Yükdaşıma və Logistika illik korporativ hesabat tədbiri keçirdi

18

Dekabr

18 Dekabr 2019

166 Yükdaşıma və Logistika illik korporativ hesabat tədbiri keçirdi

10 dekabr tarixində JW Marriott Absheron Hotel-də “166 Yükdaşıma və Logistika” şirkətinin korporativ illik hesabat tədbiri keçirildi. Tədbirdə bir sıra dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələri iştirak edirdi.

Tədbir dövlət himninin ifası ilə başladı. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Komitəsi sədrinin müavini Nadir Adilov və Dövlət Sosial Müdafiə Agentliyinin rəhbəri Fərid Məmmədov şirkətin fəaliyyətini yüksək qiymətləndirərək, gələcək işlərində uğurlar arzuladılar. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev isə “166 Qlobal Logistika” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Logistika Akademiyası” layihəsinin uğurlarından geniş şəkildə danışdı.

“Yeni hədəfə doğru” şüarı altında keçirilən tədbirdə “166 Yükdaşıma və Logistika” şirkətinin təsisçisi Aqil Z. çıxış edərək şirkət barədə ətraflı məlumat verdi və çıxışının sonunda iştirakçılara şirkətin yeni loqosunu təqdim etdi.

“166 Qlobal Logistika”nın direktoru Ruslan İmanquliyev şirkətin həyata keçirdiyi və davam edən sosial layihələr barədə məlumat verdi. Daha sonra Marketinq və Biznesin İnkişafı Departamentinin direktoru Nurlan İmanquliyev yenilənmiş şirkət saytını təqdim etdi və müştəri əlaqələrinin möhkəmləndirilməsi məqsədilə gələn ildən sadiqlik kartının istifadəyə veriləcəyini elan etdi.

Korporativ Satış Meneceri Samidə Qəniyeva isə Azərbaycan yükdaşıma bazarında ilk dəfə təqdim olunan “Qrup Daşımaları” xidmətini iştirakçılara tanıtdı.

2019-cu ilin illik hesabatının təqdimatından sonra qonaqlar müxtəlif oyunlarda iştirak etdilər, xüsusi hədiyyələr qazandılar və tədbir bayram əhval-ruhiyyəsi ilə başa çatdı.

Oxşar xəbərlər

Teqlər