“166 Yükdaşıma və Logistika” şirkəti cəbhəyə 80 tondan çox yük daşıdı
15
Oktyabr
“166 Yükdaşıma və Logistika” şirkəti cəbhəyə 80 tondan çox yük daşıdı
“166 Yükdaşıma və Logistika” şirkətinin ordumuza dəstək məqsədilə başladılmış “Qarabağa doğru” layihəsi davam edir.
"Qafqazinfo" xəbər verir ki, layihə çərçivəsində 1 həftə ərzində 200-dən çox fərdi şəxs, 21 şirkət və bir sıra təhsil müəssisələrinin dəstəyilə 80 tondan artıq əşya təmənnasız şəkildə cəbhəyə çatdırılıb.
Xatırladaq ki, hər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri “166 Yükdaşıma və Logistika” şirkətinin yük maşınları toplanmış əşyaları cəbhəyə, eyni zamanda cəbhəyanı bölgələrdə düşmən hücumu nəticəsində zərər çəkmiş ailələrə çatdırır.
Göndərmək istədiyiniz əşyaları Xırdalan şəhərində yerləşən “166 Yükdaşıma və Logistika” anbarına saat 09:00-dan 18:00-dək təhvil verə bilərsiniz. Yığılmış əşyalar cəbhə bölgələrində Müdafiə Nazirliyinin nümayəndələrinə təhvil veriləcək.
Əlaqə nömrəsi: 0502311666
Qələbə bizimlədir!
Oxşar xəbərlər
28 Fevral 2022
166 ailələri Ukraynadan çıxarmağa kömək edir
15 Dekabr 2020
“Qarabağa Doğru” layihəsi çərçivəsində cəbhəyə 1000 tondan artıq yük daşındı
30 Sentyabr 2024
"166 Logistika" ilə Yivudan Bakıya 137 dollara sürətli daşınma
17 Sentyabr 2024
"166 Yükdaşıma və Logistika" xidmətindən "Bilik Günü" ilə əlaqədar örnək layihə
22 Iyul 2024