"166 Yükdaşıma və Logistika" şirkəti tender elan edir!
22
Iyul
"166 Yükdaşıma və Logistika" şirkəti tender elan edir!
Ölkənin yükdaşıma və logistika sahəsində aparıcı olan "166 Yükdaşıma və Logistika" şirkəti "Mühərrik və sürtkü yağları" alışı üzrə tender elan edir.
Oxu.Az az xəbər verir ki, 166 Yükdaşıma və Logistika şirkəti maraqlanan şəxsləri tenderdə iştirak etməyə dəvət edir.
Bunun üçün aşağıda qeyd olunan forma üzrə 10 çeşiddə mühərrik və sütkü yağları üçün tələb edilən şərtləri də nəzərə alaraq qiymət təklifləri, təhvil müddəti və ödəniş şərti barədə məlumatlar mütləq göstərilməklə qeyd edəsiniz.
Qiymət təkliflərində mütləq nəzərə alınmalı olan tələblər :
· Təklif ediləcək məhsullar mütləq original və keyfiyyətli olmalı və verilən parametr tələblərin ödəməlidir;
· Qiymət təklifləri mütləq cədvələ qeyd olunmalıdır;
· Təklif ediləcək çeşid üzrə bir neçə marka varsa hər birini cədvələ uyğun əlavə edilməklə göstərilməlidir.
· Təklif ediləcək məhsulların mütləq Marka/model və istehsal ölkəsi məlumatları cədvəlin müvafiq xanalarında göstərilməlidir ;
· Təklif ediləcək məhsulların mütləq təhvil müddəti barədə məlumatlar cədvəlin aşağısında olan müvafiq xanasında göstərilməlidir ;
· Təklifə əsasən ödəniş şərti barədə məlumat da mütləq cədvəlin aşağısında olan müvafiq xanasında göstərilməlidir.
Təklifləri 31.07.2024 tarix 16:00 - dək cədvəl üzrə onlayn şəkildə doldurmağınız rica edilir.
Ətraflı məlumat və qeydiyyatdan keçmək üçün https://166tender.az/ a daxil ola bilərsiniz.
Əlavə hər hansı sualınız yaranarsa tender@166.az mail üzərindən qeyd etməniz mümkündür.
Oxşar xəbərlər
28 Fevral 2022
166 ailələri Ukraynadan çıxarmağa kömək edir
15 Dekabr 2020
“Qarabağa Doğru” layihəsi çərçivəsində cəbhəyə 1000 tondan artıq yük daşındı
30 Sentyabr 2024
"166 Logistika" ilə Yivudan Bakıya 137 dollara sürətli daşınma
17 Sentyabr 2024
"166 Yükdaşıma və Logistika" xidmətindən "Bilik Günü" ilə əlaqədar örnək layihə
11 Iyul 2024