“166 Logistika” Bakı Enerji Həftəsində diqqət mərkəzində!
06
Iyun
“166 Logistika” Bakı Enerji Həftəsində diqqət mərkəzində!
Hər il olduğu kimi bu il də regionun enerji sektorunda mühüm hadisə hesab edilən və 37 ölkənin iştirakı ilə reallaşan Bakı Enerji Həftəsində, aylardır logistika sahəsində ölkə gündəmini zəbt edən ”166 Logistika” brendi öz stendi və komandası ilə sərgidə diqqətləri cəlb edib.
“Qafqazinfo” xəbər verir ki, 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu kimi üç mötəbər tədbirin keçirildiyi Bakı Ekspo Mərkəzində “166 Logistika” brendi ilə yanaşı ölkənin evakuasiya sahəsində öndə olan “156 Evakuasiya” şirkəti də fərqli və maraqlı stendi ilə seçilənlər arasında idi.
Dünyada yük daşınması və logistika sahəsində diqqətlərin Azərbaycan ərazisindən keçən Transxəzər dəhlizinə yönləndiyi bu dövrlərdə “166 Logistika” xidmətinin 12 gün ərzində Çindən Bakıya dəmiryolu vasitəsi ilə sürətli daşınmanı reallaşdırması sərgidəki ziyarətçilər arasında ciddi marağa səbəb olub. Müxtəlif ölkələrdən olan iş adamları şirkətin xidmət keyfiyyəti, sürəti ilə tanış olmaqla yanaşı müxtəlif suallarına da cavab tapa biliblər.
Qeyd etmək istərdik ki, “166 Logistika” brendinin Çindəki nümayəndəsi Sərxan Xubanlı və komandası işlərin sürətli və peşəkar şəkildə idarə olunmasına nəzarət edir.
Oxşar xəbərlər
28 Fevral 2022
166 ailələri Ukraynadan çıxarmağa kömək edir
15 Dekabr 2020
“Qarabağa Doğru” layihəsi çərçivəsində cəbhəyə 1000 tondan artıq yük daşındı
30 Sentyabr 2024
"166 Logistika" ilə Yivudan Bakıya 137 dollara sürətli daşınma
17 Sentyabr 2024
"166 Yükdaşıma və Logistika" xidmətindən "Bilik Günü" ilə əlaqədar örnək layihə
22 Iyul 2024