Logo

Qiymət təklifi al

ic_sharp-language
Search

“166 Logistika Akademiyası - 2024” gənclər üçün təcrübə proqramına start verdi

11

Iyul

11 Iyul 2024

“166 Logistika Akademiyası - 2024” gənclər üçün təcrübə proqramına start verdi

“166 Logistika Akademiyası – 2024” gənclər üçün iş və təlim təcrübə proqramına start verdi

“166 Logistika Akademiyası – 2024” gənclərə iş təcrübəsi qazandırmaq və gələcəkdə nəqliyyat-logistika sektorunda karyera imkanları yaratmaq məqsədilə təcrübə proqramına start verib.

2019-cu ildən “166 Yükdaşıma və Logistika” şirkəti tərəfindən təsis edilən Akademiya yüzlərlə gəncin karyera inkişafına müsbət təsir göstərib.

2024-cü ildən etibarən “166 Logistika Akademiyası” uğurlu gənclərin inkişafı üçün proqramını daha da gücləndirir. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Şanxay Əməkdaşlıq Təşkilatının sammitində imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsindən, eləcə də iki ölkə liderlərinin müzakirələrindən sonra ikitərəfli münasibətlər yeni, keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoyub.

Məlum olduğu kimi, regionun aparıcı logistika şirkəti olan “166 Yükdaşıma və Logistika” Çin limanlarından Sian dəmir yolu qovşağına, buradan isə Bakıya konteyner yüklərinin sürətli daşınmasını təmin edən regional proqram həyata keçirir.

Şirkət həmçinin gənclərə Şanxay, Quançjou, Yiwu, Sian, Pekin, Çendu, Şençjen, Urumçi və digər Çin şəhərlərində əməkdaşlıq imkanı təqdim edir. Namizədlər üçün əsas tələblər beynəlxalq münasibətlər üzrə ilkin biliklərə və ingilis, rus, çin dillərində sərbəst danışıq bacarığına malik olmaqdır. “166 Logistika Akademiyası” həmçinin fəaliyyət göstərdiyi digər ölkələrdə – Polşa, Rumıniya, BƏƏ (Dubay), Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistanda da gənclərin üzünə açıqdır.

Yeni proqram həm dördüncü kurs tələbələri, həm də magistratura pilləsində təhsil alan və ya məzun olmuş namizədlər üçün nəzərdə tutulub. Seçilən gənclər logistika sahəsi ilə yanaşı digər əlaqəli istiqamətlərdə də təcrübə qazanmaq imkanı əldə edəcəklər.

“166 Logistika Akademiyası – 2024” təcrübə proqramı aşağıdakı sahələr üzrə keçiriləcək:

  • İnsan resursları

  • Nəqliyyatın intellektual idarəolunması

  • Data analitikası

  • Hüquq

  • Maliyyə və mühasibatlıq

  • Korporativ əməliyyatlar

  • Logistika əməliyyatları

  • Çağrı mərkəzi

  • Korporativ satış

  • Təchizat

  • İnformasiya texnologiyaları

  • Müştəri xidməti və keyfiyyətin idarə olunması

  • Beynəlxalq münasibətlər və xarici satınalmalar

  • Beynəlxalq daşımalar üzrə əməliyyatlar

  • Veb-development (PHP Laravel)

  • Anbar əməliyyatları

  • Araşdırma və inkişaf şöbəsi

Qəbul prosesi üç mərhələdən ibarət olacaq: elektron ərizənin doldurulması, test imtahanı və müsahibə. Namizədlər müraciət üçün 166HR.az portalında qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, təcrübə proqramının iştirakçılarına əməkhaqqı ödəniləcək.

2019-cu ildən bu günədək “166 Logistika Akademiyası” təcrübə proqramına 10 000-dən çox müraciət daxil olub. Akademiyanın məzunlarının əksəriyyəti hazırda “166 Yükdaşıma və Logistika” şirkətində müxtəlif departamentlərdə şöbə rəhbəri və digər vəzifələrdə çalışırlar.

Qeydiyyat tarixi: 03.07.2024 – 31.07.2024

Oxşar xəbərlər

Teqlər