“Intertek” sertifikasiya orqanı tərəfindən keçirilmiş sertifikatlaşdırma auditinin nəticələrinə əsasən, şirkətə ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi, ISO 45001:2018 - Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi və ISO 14001:2015 - Ətraf Mühitin İdarəetmə sistemi üzrə beynəlxalq sertifikatlar təqdim edilib.
“166 Yükdaşıma və Logistika şirkəti 3 beynəlxalq uyğunluq sertifikatını eyni zamanda əldə edən azsaylı yerli şirkətlərdən biridir. Beynəlxalq standartları tətbiq etməklə, şirkətimizdə bir sıra sahələrdə mühüm dəyişikliklər baş verdi. İşimizdə müştəri yönümlülük ön plana çəkilərək proseduralar və təhlükəsizlik tədbirləri təkmilləşdirildi. Standartlara dair yeniliklərin tətbiqinə nəzarət üçün İnteqrə olunmuş İdarəetmə Sistemləri qrupu yaradıldı.”- sertifikatların təqdimatında şirkətin baş direktoru Aqil Zeynalov vurğuladı.
“Çətin zamanlara baxmayaraq, biz daxili bazarda müsbət tendensiyanı müşahidə edirik. Yerli şirkətlər keyfiyyətin və idarəetmə metodlarının təkmilləşdirilməsində daha çox önəm verir və beynəlxalq tələblərə cavab vermək üçün çalışırlar. Yüksək xidmət mədəniyyəti ölkənin inkişafına müsbət təsir edir, habelə şirkətlər daha çox müştəri məmnuniyyətini artırmağa səy göstərirlər. Beynəlxalq standartların tətbiqi, uyğunluq sertifikatların əldə olunması, keyfiyyətin idarə olunması və s. ölkədəki biznes mühitinin inkişafından və bu sistemlərin biznesin inkişafı üçün nə qədər vacib olmasından xəbər verir”, - Intertek sertifikatlaşdırma departamentinin rəhbəri Cavidan Məlikova qeyd etdi.
Qeyd edək ki, “166 Yükdaşıma və Logistika” şirkəti beynəlxalq standartların tətbiqinə 2019-cu ildə başlayıb. Bu standartların tətbiqilə kadrların peşəkarlığı, göstərilən xidmətlərin rəqabətliliyin artırılması, təhlükəsiz əmək şəraitinin təmini, eləcə də ətraf mühitə mənfi təsirlərin azaldılması kimi meyarlara uyğunlaşdırılıb.